IPEN-in “BOYALARDA QURĞUŞUN ÇİRKLƏNMƏSİNƏ QARŞI MÜBARİZƏ” AKSİYALAR HƏFTƏSİ çərçivəsində “Ruzgar” Ekoloji İctimai Birliyinin təşkil etdiyi

SEMINAR-MƏTBUAT KONFRANSI HAQQINDA  HESABAT

2016-cı il oktyabrın 23-29 tarixlərində Davamlı üzvi çirkləndiricilərin məhv edilməsi üzrə Beynəlxalq Şəbəkə  “BOYALARDA QURĞUŞUN ÇİRKLƏNMƏSİNƏ QARŞI MÜBARİZƏ” aksiyalar həftəsi keçirmişdir. “Ruzgar” Ekoloji İctimai Birliyi bu münasibətlə oktaybrın 25-də informasiya mübadiləsi üzrə seminar təşkil etmişdir. Seminarda elmi işçilər, ekspertlər, Kütləvi-informasiya vasitələrinin və QHT-in nümayəndələri iştirak etmişlər.  Seminarın məqsədi əhali arasında , uşaqların boyaların təsirindən qorunması və boyalarda qurğuşunun miqdarına məhdudiyyət qoyulması sahəsində məlumatlandırma və maarifləndirmə işinin təşkilindən ibarət olmuşdur. Seminarı giriş sözü ilə Birliyin sədri Prof İslam Mustafayev açmış və qeyd etmişdir ki, dünyanın 30-dan çox ölkəsində istifadə edilən boyalarda qurğuşunun miqdarı təyin olunmuş və göstərilmişdir ki, bu boyaların 70%-dən çoxunda qurğuşunun miqdarı yol verilən həddən yüksəkdir. Qurğuşunun uşaqların sağlamlığına ciddi mənfi təsirindən bəhs edən ekspertlər bu barədə dünya praktikasından misallar gətirmişdir. Uşaq xəstələnmələrinin ölkələrin iqtisadiyyatına vurduğu ziyan BMT Ətraf mühit Proqramının tövsiyə etdiyi metodlarla hesablanmışdır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ildən sonra boyalarda qurğuşunun istifadə edilməsinə qadağa qoymaq haqqında qərar hazırlamışdır.

Birlik bu sahədə təbliğat kampaniyasını genişləndirmək niyyətindədir